Главная > maraqli > “Votsap”da yenilik
“Votsap”da yenilik11-05-2019, 11:51. Разместил: djbaz |
"Feysbuk" sosial şəbəkəsi "Votsap" messencerində ödəniş xidmətinin hazırlanması üzərində işləyir. Yeni funksiyanı Böyük Britaniyanın ərazisində sınaqdan keçirmək planlaşdırılır. Djb.az-in Teleqraf.com-a istinadən məlumatına gorə, "Votsap" sözügedən layihənin işə salınması üçün təxminən 100 mühəndis-proqramçı işə götürəcək. Əməkdaşların bir hissəsi Londonda, digər hissəsi "Feysbuk"un Dublindəki mənzil-qərargahında işləyəcək. "Votsap" mobil və başqa platformalar üçün səs və videorabitə texnologiyasını dəstəkləyən populyar pulsuz mesajlaşma sistemidir. 2014-cü ildə "Feysbuk" şirkəti "Votsap"ı satın alıb. Вернуться назад |