Главная > maraqli > Dünyanın ən hündür zirvəsi yenidən ölçüləcək
Dünyanın ən hündür zirvəsi yenidən ölçüləcək13-04-2019, 09:53. Разместил: djbaz |
Nepal hökuməti dünyanın ən yüksək zirvəsi olan Everestə (8848 metr) tədqiqatçılardan ibarət komanda göndərib. Komandaya dağın hündürlüyünün yenidən ölçülməsi tapşırığı verilib. Bu qərarın səbəblərindən biri Everestin hündürlüyünün xüsusilə 2015-ci ildəki dəhşətli zəlzələdən sonra xeyli azalması ilə bağlı əsassız söz-söhbətlərdir. Alpinistlər aprelin 10-da yola düşüblər. Qeyd edək ki, Çin tərəfi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşən Comolunqma (Everest) zirvəsinin əslində bu göstəricidən 3,57 metr alçaq olduğunu bildirir. Вернуться назад |