Главная > maraqli > DİQQƏT - 11 oktyabrda nə baş verəcək?

DİQQƏT - 11 oktyabrda nə baş verəcək?


13-09-2018, 20:28. Разместил: djbaz
DİQQƏT - 11 oktyabrda nə baş verəcək?

IP ünvanlar və domen adlarını idarə edən korporasiya oktyabrın 11-də bütün dünyada internetin işində problemlər yarana biləcəyini açıqlayıb.

Təşkilatın nümayəndələri məlumat verib ki, həmin gün domen adları sisteminin qorunması üçün kriptoqrafik şifrələr dəyişdiriləcək. Buna görə də, bir çox şəbəkə istifadəçiləri veb-səhifələrə daxil olma zamanı çətinliklərlə qarşılaşa bilər.

Məsələnin texniki izahını verən İKT Mərkəzinin direktoru Fərid Kazımov Metbuat.az-a açıqlamasında bildirib ki, 11 oktyabrda ICANN təşkilatının həyata keçirdiyi kriptoaçarların yenilənməsi prosesi, əslində mütləq məsələlərdən biridir. Bu domenlərin informasiya təhlükəsizliyini daha da gücləndirir:

"Onlar hər 5 ildən bir bu məsələ ilə məşğul olurlar. Bu cür hadisələrin kütləvi şəkildə həyata keçirilməsində məqsəd son illər mövcud qlobal təhlükəsizlik problemlərinin qarşısının alınmasıdır. Həmin gün hər hansı bir saytı aça bilməsək, yəqin ki 48 saat problem olmaz. Məsələ sonra həllini tapacaq. Lakin burada kiçik bir problem var. Deməli, domen alınanda onların adları DNS proqramında yazılır. Bunların bəziləri köhnə proqramlardır. Ola bilsin ki, bu kriptoaçarlarla işləməkdə problem yaşansın. Bu səbələ, bəzi saytlara daxil olmaqda problem yaşana bilər. Amma konkret hansı problemlərin ortaya çıxacağı ilə bağlı öncədən nə isə deyə bilmərik. Bunu 11 oktyabrdan sonra biləcəyik. Ümid edirəm ki, ciddi bir problem olmayacaq. Hətta problem yaransa da, qlobal, yaxud yerli provayderlər proqramları yeniləyəcək və açarlarla bağlı problemlər olmayacaq”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirilib ki, bu texniki əməliyyat dünyada ilk dəfə reallaşdırılacaq. Prosesin adi istifadəçilərə cuzi təsiri ola bilər. Belə ki, yeniləmədən sonra 48 saat ərzində dünya üzrə bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Belə olan halda sistem "server failure" və ya "SERVFAIL” səhvini göstərə bilər. xezerxeber.az
Вернуться назад