Главная > maraqli > Bu sahədə ciddi problem yaranacaq – Ekspertdən çağırış

Bu sahədə ciddi problem yaranacaq – Ekspertdən çağırış


8-01-2018, 16:39. Разместил: djbaz
Bu sahədə ciddi problem yaranacaq – Ekspertdən çağırış
Ölkədə təhsilin informasiyalaşması sahəsində problemlər xeyli ciddiləşib və təəssüf ki, ötən hər gün bu sahədə problemlər yığılmaqda davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib.

O bildirib ki, İKT sahəsi daim yenilənmə tələb edir:

“Təəssüf ki, ölkənin təhsil sistemində əvvəlki iki dövlət proqramı çərçivəsində görülən müəyyən işlər kompleks formada davam etdirilmədi. Təbii ki, bu, həm də vəsait çatışmazlığı ilə bağlıdır. 2012-ci ildən sonra təhsildə İKT-nin tətbiqi ilə bağlı gözlənilən Dövlət Proqramının qəbul edilməməsi bu sahədə vəziyyəti xeyli pisləşdirib. Məktəblərə verilən kompüterlər köhnəlib və İT servis də dayandırılıb. Son zamanlarda Çin hökumətinin xətti ilə verilən müəyyən sayda noutbukların bütövlükdə informasiyalaşma ilə bağlı vəziyyəti ciddi şəkildə dəyişdirəcəyini düşünmürəm”.

Ekspert bildirib ki, digər bir mənfi hal isə Elektron Məktəb proqramının dayandırılmasıdır. Onun sözlərinə görə, ali təhsil sistemində Təhsil Nazirliyinin dəstəyi ilə NEURON tərəfindən bu tip sistemlərin hazırlanmasına start verilsə də məktəblərdə bu sahədə ciddi problemlər qalmaqdadır:

“Ən ciddi problemlərdən biri məktəblərin genişzolaqlı internetlə təminatıdır. Bürokratik əngəllər və vəsait çatışmazlığı ucbatından heç 50% məktəbdə genişzolaqlı internet yoxdur. 5000 məktəbdən cəmi 200 - 300 məktəbdə normal fiberoptik internetin olması Təhsil Nazirliyi ilə bərabər Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyni də ciddi düşündürməlidir.

Qonşu ölkələrin məktəblərində “robototexnika” sinifəri və fakültativləri açıldığı bir zamanda məktəblərdə elementar rəqəmsal avadanlıqların və normal internetə əlçatımlığın problemli olması, kompüter elmləri ixtisaslarını seçən abituriyentlərin informatikadan deyil, kimyadan imtahan verməsinin uzun illər davam etməsi gələcəkdə daha ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.

Fikrimcə, Təhsil Nazirliyi ölkədə təhsilin informasiyalaşması ilə bağlı maraqlı tərəflərin iştirakı ilə ciddi müzakirələr aparmalı, indiyədək bu sahədə əldə olunan uğurların davam etdirilməsi, problemlərin aradan qaldırılması və uzun müddətdən bəri problemə çevrilən Dövlət Proqramının qəbul edilməsi istiqamətində səyləri gücləndirməlidir”.
Вернуться назад