» » “Google Play”də təhlükəli virus yayılıb

“Google Play”də təhlükəli virus yayılıb

“Google Play”də təhlükəli virus yayılıb

“Google Play” internet mağazasında yer alan yüzlərlə mobil tətbiq (mobile application) “BankBot” adlı troyan virusuna yoluxub.

Djb.az APA-ya istinadən xəbər verir ki, “Dr. Web” antivirus şirkətinin mütəxəssislərinin sözlərinə görə, mobil cihaza daxil olduqdan sonra virus müxtəlif sosial şəbəkələrin messencerlərindən (“Viber”, “Spanchat”, “Instagram”, “WhatsApp”) yazışmaları ələ keçirir. Bununla yanaşı, virus mobil cihazın sahibinin bank hesablarını da ələ keçirməyə qadirdir.

Mütəxəssislər deyir ki, “BankBot” yükləndikdən sonra proqramın yarlığını silir, lakin fon rejimində fəaliyyət göstərməyə davam edir.

“Dr. Web”in hesablamaları göstərir ki, hazırda “Google Play” mağazasında mövcud olan təxminən 400 tətbiq “BankBot”a yoluxub.

Hazırda virusa daha çox Böyük Britaniya və ABŞ-dan olan istifadəçilərin mobil cihazları məruz qalıb.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031