» » Bloomberg: “iPhone” 3D-skan vasitəsilə blokdan çıxarılacaq

Bloomberg: “iPhone” 3D-skan vasitəsilə blokdan çıxarılacaq

Bloomberg: “iPhone” 3D-skan vasitəsilə blokdan çıxarılacaq
“Apple” şirkəti hazırda yeni texnologiyanın yeridilməsi üzərində çalışır.
Agentliyin mənbəyə istinadən verdiyi məlumata əsasən, “iPhone” istifadəçiləri indi sifətin 3D-skaneri vasitəsilə nəinki telefonu blokdan çıxara biləcəklər, eyni zamanda, yeni texnologiyadan ödənişlərin edilməsi və əlavə funksiyaların aktivləşdirilməsində istifadə edə biləcəklər.

Qeyd olunur ki, “iPhone”nun skan etməsi üçün onu sifətə yaxınlaşdırmağa ehtiyac olmayacaq, telefon stolun üstündə olsa belə, 3D-skan baş tutacaq.

Yeni texnologiyanın tətbiq olunacağı dəqiq vaxt hələ açıqlanmır.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930