» » Kişilərin qadınlara qarşı marağını itirən 10 səbəb

Kişilərin qadınlara qarşı marağını itirən 10 səbəb

Kişilərin qadınlara qarşı marağını itirən 10 səbəb 1. Kilo. Çox deyilmiş həqiqətdir. Artıq çəki və kilolarından can qurtarmaq istəməmək kişilərin qadınlara qarşı marağını itirə bilər. Xüsusən narşist xarakterli kişilər bu məsələ ilə bağlı qadının öncə güvənini sarsıdır, psixoloji təzyiq göstərir, ən sonda da haqlıqymış kimi uzaqlaşmağa üstünlük verir.

2.Qadınların həddən artıq boş- boş danışması münasibətlərin soyumasına səbəb olur. Vacib deyil, qadın nə qədər intellektual olursa olsun, söhbət zamanı qarşısındakına ağzını açmağa imkan vermirsə bu kişinindarıxmasına səbəb olacaq.

3.Qadının yumor hissi yoxdursa bu da kişinin marağının itməsinə səbəb olur. Axı nə qədər qaşqabaqlı insanla oturub durmaq olar.Kişilər ümumiyyətlə qara yumoru sevirlər. Bu heç də kinayə anlamına gəlmir. Məsələn qadın zəng vurub kişiyə gecikdiyini bildirir, çünki avtombilində problem yaranıb. Kişi isə ən az belə zarafatla cavab verəcək. “Sükan arxasında qadındırsa bu normal haldır”. Qadın bu zarafatdan inciyib aylarla kişini sürünməyə məcbur edirsə, kişi hər dəfə danışarkən daha ehtiyatlı olmaqdan, günahkar olmaqdan yorulub gedəcək.

4.Kişiləri öz söhbətinizlə cəlb edə bilmir, susqunluğunuz və laqeydliyinizlə darıxdırırsınızsa bu münasibətin sonu ayrılıqdır. Onun maraqlı mövzuları qarşısında çiynini çəkir, sən bilərsən deyirsən? O düşünəcək ki sənin dünyagörüşün zəifdir və sən darıxdırıcı insansan.

5.Qadının həddən artıq feminist düşüncələri kişini qorxudur və uzaqlaşdırır.

6.Qadın keçmişdə yaşadığı münasibətlərin acığını yeni sevgilisindən çıxırsa, qazandığı təcrübəni yeni insanda tətbiq edirsə bu onun uzaqlaşmasına səbəb olacaq. Məsələn ilk sevgilisi çox qısqanc olub, yeni segilisinin ayağı altına yer verməmək üçün ona heç bir xəbərr vermədən istediyini edirsə kişi buna dözməyəcək.

7. Romantikanın yoxluğu kişi marağının itməsinin daha bir səbəbidir. Bəli, bəli, əziz xanımlar, kişilər buna önəm verirlər. Belə imkanları maksimum dəyərləndirin.

8.Qadın israrla qarşısındakı kişini dəyişdirib, onu öz xəyalıdakı qəhrəmana bənzətməyə çalışırsa, boşuna uğraşır. Kişi qaçacaq.Onu olduğu kimi qəbul etmək lazımdır.

9.Həddindən artıq qayğı da onu bezdirə bilər. Unutmayın, siz onun anası deyil, sevgilisisiniz. Kişi qadın qarşısında öz qüdrətini, gücünü göstərib öyünməyə prqramlanmış məxluqdur. Ona düşünmək, özünü azad hiss etmək üçün bir qədər uzaq məsafədə saxlamaqdan çəkinməyin. Aslan qəfəsdə aslan olmaqdan çıxır.

10.Həddən artıq bəzək düzək . Kişilər baxımlı xanımları sevirlər, lakin həddən artıq bəzənib , düzənən, bütün gününü gözəllik salonlarında itirən və ağlında fikrində bundan başqa bir şey olmayan qadın kişini ən çox 10 gün öz maraq dairəsində saxlaya bilər.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930