» » “Wi-Fi”ın sürətini artıran cihaz təqdim olundu

“Wi-Fi”ın sürətini artıran cihaz təqdim olundu

“Wi-Fi”ın sürətini artıran cihaz təqdim olundu “Google” şirkəti “Wi-Fi” şəbəkəsinin sürətini artıran yeni cihazını təqdim edib.

DJB.Az AZƏRTAC-a istinadla xəbər verir ki, “Google Wi-Fi” adlanan yeni cihaz “Wi-Fi” şəbəkəsinin tutmadığı nöqtələrdə internetin sürətini bərpa edir və hər yerdə internetə qoşulmağa şərait yaradır.

“Google Wi-Fi” cihazı, xüsusilə evlərdə rast gəlinən bu vəziyyətə son qoymaq niyyətindədir. Eyni zamanda, 5 GHz-ə qədər bir çox “Wi-Fi” şəbəkəsini dəstəkləyən bu cihaz avtomatik olaraq ən sürətli internet bağlantısı qura biləcəyiniz qoşulmaya imkan verəcək.

Bir növ siqnal istiqamətləndirici olan “Google Wi-Fi” iki və daha çox mərtəbəli evlərdə yaşayanlar üçün əlverişli ola bilər. Cihazın ABŞ üçün başlanğıc qiyməti 129 dollar olacaq.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031