» » Hindistanda qadının başından diri tarakan çıxardılar

Hindistanda qadının başından diri tarakan çıxardılar

Hindistanda qadının başından diri tarakan çıxardılar Hindistanın cənubunda Çennai şəhərində əməliyyat yolu ilə qadının başından diri tarakan çıxarıblar.

Verilən xəbərə əsasən, bu barədə cümə günü India.com portalı məlumat yayıb.

42 yaşlı qadın burnunda qaşınmadan oyanıb. Bir müddət sonra çətin nəfəs almağa başlayıb və yardım üçün yerli xəstəxanaya müraciət edib. Həkimlər səbəbi dördüncü dəfə müayinədən sonra müəyyən edə biliblər. Mütəxəssislər qadının başında həşəratın olduğunu anlayıblar.

Həkimlər bildiriblər ki, qadının burnundan girən tarakan beyinə kritik yaxın məsafədə, burun çəpərinin yanında yerləşib.

Əməliyyat 45 dəqiqə çəkib.

“Bu, mənim 30 illik təcrübəmdə ilk hadisə idi”, - əməliyyatı aparan həkim deyib. O bildirib ki, burun nahiyəsindən muncuq, düymə, tabaşir və hətta bir dəfə zəli də çıxarmalı olublar.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728