dini radikalizm və ekstremizmlə mübarizə

Avropanın ən sürətli superkompüteri təqdim olundu


Djb.az xəbər verir ki, Finlandiyada Avropanın ən sürətli superkompüteri təqdim edilib.

Məlumata görə, cihaz sentyabr ayından avropalı istifadəçilərin ixtiyarına veriləcək.

LUMI adlı superkompüter Kayaani şəhərində yerləşir. O, Avropanın ən sürətli və enerjiyə qənaət edən superkompüteridir. LUMI hesablama sürətinə görə dünyada üçüncü yerdədir.

Kompüter “EuroHPC” və 10 Avropa ölkəsi - Belçika, Danimarka, İslandiya, Norveç, Polşa, Finlandiya, İsveçrə, İsveç, Çexiya və Estoniyadan ibarət konsorsium tərəfindən birgə hazırlanıb.

Bu superkompüterin gözlənilən gücü 550 petaflops və ya saniyədə 550 milyon əməliyyat olacaq.

Mənbə: “İnterfaks”

Oxunub: 3 316
Oxşar xəbərlər
SON XƏBƏRLƏR