dini radikalizm və ekstremizmlə mübarizə

Müsəlman qızdan kompüter təhlükəsizliyi sahəsində dünya səviyyəli ixtira...-VİDEO

Baxış Sayı:196

“Hicab geridəqalmışlıq əlamətidir, xanımları kütləşdirir”-deyən nadanlara gerçək beynəlxalq(!) nümunə...

Müsəlman qızdan kompüter təhlükəsizliyi sahəsində dünya səviyyəli ixtira...-VİDEO

Kvebek Universitetinin Əlcəzair əsilli tələbəsi Linda Alian kompüter sistemlərinin təhlükəsizliyi üçün beynəlxalq səviyyədə tanınan yeni bir model hazırlayıb.

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, magistr dərəcəsi almaq işinin bir hissəsi olaraq bu müsəlman xanım istənilən kompüter sisteminə giriş nəzarəti təmin edən yeni bir təhlükəsizlik modelini inkişaf etdirə bilib.

Bu, hicablı bir qız tələbənin ilk belə uğuru deyil. Daha əvvəl Linda “Science Direct” platformasında nəşr olunan tədqiqat işinə görə şəbəkələrin və rabitənin gələcək inkişafı ilə bağlı 14-cü Beynəlxalq Konfransda mükafat alıb. Onun həmin tədqiqat işi “Springer Journal of Ambient Intelligence” və “Humanized Computing” beynəlxalq elmi jurnallarında da yayımlanıb.

Qeyd edilir ki, müsəlman tələbənin ixtira etdiyi “HoBAC” abbreviaturalı model hər hansı bir kompüter sisteminin rəqəmsal varlığını icazəsiz girişdən qorumağa kömək edir...

P.S. “Hicab geridəqalmışlıq əlamətidir, xanımları kütləşdirir” -deyən nadanlara gerçək beynəlxalq(!) nümunə...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR