» » Şəfalı ədviyyatlar faydaları ilə təəccübləndirəcək

Şəfalı ədviyyatlar faydaları ilə təəccübləndirəcək


Şəfalı ədviyyatlar faydaları ilə təəccübləndirəcək

Yeməkləri ləzzətləndirən eyni zamanda sağlamlıq üçün faydalı olan ədviyyatlar süfrələrin əvəz edilməzidir. Qədim dövrlərdən bəri şəfa üçün istifadə olunan ədviyyatlar – bu gün bir çox xəstəliyə qarşı qoruyucu təsir göstərə və ya xəstəliyin əlamətlərinin azalmasında mühüm rol oynaya bilər. Ancaq ədviyyatları istehlak edərkən bəzi məqamları nəzərə almaq lazımdır.

NOCOMMENT.az xəbər verir ki, faydalı olduğu bilinən ədviyyatlardan həddindən artıq istehlak zərərli ola bilər.

Zərdəçal (sarıkök) tərkibindəki antioksidant birləşmələr sayəsində sağlamlığın qorunmasında və bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayır. Bu ədviyyatın aktiv maddələrinin görünməsi üçün zeytun yağlı yeməklərə 1 çay qaşığı əlavə edə bilərsiniz. Bundan başqa zərdəçal müxtəlif xərçəng növlərində qabaqlayıcı və müalicəvi təsir göstərə bilər. Öd kisəsi xəstəlikləri olan insanların zərdəçal istehlak etmələri məsləhət görülür.

Ətrli və ləzzətli olan darçın – qəbizlik əleyhinə, dezinfeksiyaedici və antiseptik xüsusiyyətləri olan faydalı ədviyyatdır. Ancaq həddindən çox qəbul edilən darçın zəhərlənməyə səbəb ola bilər. Məhz buna görə də günə 1 çay qaşığı istehlak edilməsi məsləhət görülür.

Tibbi bitki olaraq istifadə olunan zəncəfil özəlliklə mədə bulantılarını, əzələ ağrılarını azaldır, həzm sistemini yaxşılaşdırır, qan şəkərini stabilləşdirir, soyuq dəymə və qrip müalicəsində mühüm rol oynayır. Bu kimi problemlərin qarşısının alınması üçün günə 1 çay qaşığı istehlak edə bilərsiniz. Ancaq hamilələrə bu ədviyyatdan istifadə etmək tövsiyyə olunmur.

Türk, Latın, Hind və Ərəb mətbəxində qədim zamanlardan bəri istifadə olunan kimyon immuntet sistemini gücləndirərək ürək-damar sağlamlığı və diabet xəstəlikləri üzərində inanılmaz təsirlərə sahibdir. Qara kimyonun toxumları özündə protein, karbohidrat, minerallar və təxmini 100 kimyəvi birləşmələr ehtiva edir. Kimyonun zərərli təsirlərini görməmək üçün tək başına deyil yeməklərin tərkibində istehlak etmək məsləhət görülür.

Acı dadı ilə tanınan zəfərandan parfümeriya, dəri maskaları, dərman və tekstil sahəsində istifadədən başqa şəfa vermə özəlliyindən də istifadə olunur. Yeməklərə qızıl sarısı rəng qatan, antioksidantla zəngin olan zəfəran – depresiya əlamətlərini azaldır və xərçəngin yaranmasının qarşısını alır. Eyni zamanda qan şəkəri səviyyəsini və ürək xəstəlikləri riskini azalda bilər. Alzaymer xəstələrində yaddaşı gücləndirən zəfərandan günlük 1 şay qaşığı istifadə oluna bilər. Ancaq hamilələrin bu ədviyyatdan istifadəsi məsləhət görülmür.

Təzə və qurudulmuş nanə həzm sistemini yaxşılaşdıran və mədəni rahatlaşdıran təsirə sahibdir. Sinə və qaraciyərdə yaranan bədd xassəli şişlərin inkişafını zəiflədən nanə eyni zamanda dəri və ağciyər xərçənginin qarşısını ala bilər. Mədə bulantılarına qarşı nanə və limonu qaynadıb içmək məsləhət görülür.

Qədim zamanlardan bəri istifadə olunan pul bibər həzm sistemi üzərində mühüm təsirə malikdir. A və C vitaminləri ilə zəngin bu ədviyyat immumtet sistemini qoruyur, miqren ağrılarını azaldır və ağız qoxusunun yaranmasının qarşısını alır.

Antioksidantla zəngin olan kişniş immunteti gücləndirir, tərkibində olan maddələr sayəsində bədəni infeksiyalardan qoruyur. Ağız qoxusunun və ağızda yarana biləcək yaraların qarşısnı alır. Eyni zamanda kalsiumla zəngin olan kişniş sümüklərin qorumağa kömək edir.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31