» » “WhatsApp”dan dörd yenilik birdən gəlir

“WhatsApp”dan dörd yenilik birdən gəlir

“WhatsApp”dan dörd yenilik birdən gəlir

“WhatsApp” rəhbərliyi yaxın günlərdə istifadəçilərini 4 yenilənmə ilə təəccübləndirəcək

Azərbaycanda ən çox istifadə edilən şəbəkələrdən olan “WhatsApp” son yenilikləri ilə istifadəçilərini sevindirməyə hazırlaşır.

Turkustan.info xəbər verir ki, “WhatsApp” rəhbərliyi yaxın günlərdə istifadəçilərini 4 yenilənmə ilə təəccübləndirəcək.

Sosial şəbəkə tətbiqetmənin istifadəsini asanlaşdırmaq və yaranan problemləri daha sürətli həll etmək üçün bu funksiyaları işə salacaq.

Gələcək xüsusiyyətlərdən biri, “İnstagram” və oxşar tətbiqlərdə olduğu kimi “Qaranlıq rejim” xüsusiyyətidir. Tətbiqdə “Dark Mode” və qaranlıq bildiriş mesajları olacaq.

Digər bir xüsusiyyət isə özünü məhv etmə mesajıdır. Yeni funksiyanın işə düşməsindən sonra istifadəçilər artıq özünü məhvetmə mesajlarından istifadə edə biləcəklər. Hər kəs özünü “Inspector Gadget” kimi hiss edəcək. Hələlik bu funksiyanın necə istifadə ediləcəyi barədə ətraflı məlumat yoxdur.

Platformaya inteqrasiya ediləcək başqa bir yenilik də ondan ibarətdir ki, səssiz rejimə saldığınız insanların statusları da üzə çıxmayacaq.

Həmçinin “WhatsApp” yeni dövrdə başlanğıc ekranına sahib olacaq. Tətbiqi ilk dəfə “Splash Screen bir” adlı bu xüsusiyyət ilə işə saldıqda ekranda “WhatsApp” loqotipi görünəcək. /Ayna.az/
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930