dini radikalizm və ekstremizmlə mübarizə

Yaponiya səfiri: "Özəl şirkətləri məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirməyə dəvət edirik"

Yaponiya səfiri: "Özəl şirkətləri məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirməyə dəvət edirik"
"Biz özəl şirkətləri məcburi köçkün və qaçqınların sosial rifahının yaxşılaşdırılması istiqamətində bir çox layihələr həyata keçirməyə dəvət edirik".

Djb.az-in Report.az-a istinadən məlumatına gorə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori Beynəlxalq Humanitar Yardım üzrə Yaponiyanın "Fuji Optical" şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyinə həsr olunan tədbirdə deyib.
Səfir özəl şirkətləri bu layihələrdə yaxından iştirak etməyə səsləyib: "Bu gün yapon xalqı üçün qürurlu bir gündür. "Fuji Optical" uğurlu bir şirkətdir. Çünki bu şirkət işlədiyi ölkələrə çox böyük dəyər gətirir. Biz məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması üçün böyük layihələr həyata keçirmişik. Sığınacaqların tikilməsi qəsəbələrin salınması və s işlər görmüşük. Ötən il Yaponiyanın Xarici İşlər nazirinin Azərbaycana səfəri hər iki dövlətin əlaqələrinin yeni mərhələsinə qədəm qoydu".

Oxunub: 732
Oxşar xəbərlər
SON XƏBƏRLƏR