» » Azərbaycanda eşitmə və nitq əngəlli şəxslər də anlasın deyə "Vine" çəkən ilk şəxs

Azərbaycanda eşitmə və nitq əngəlli şəxslər də anlasın deyə "Vine" çəkən ilk şəxs

Azərbaycanda eşitmə və nitq əngəlli şəxslər də anlasın deyə "Vine" çəkən ilk şəxs
Mahmud Səfərov 1996-cı ildə Bakı şəhərində anadan olub. Anadangəlmə eşitmə və nitq əngəllidir. 2002-ci ildən 3 sayli internat məktəbində təhsil alıb. Jestikanı səlis bilir. 6 yaşından başlayaraq animasiyalar çəkməyə başladı. Futbola olan marağı onu Avropaya apardı. 2011-ci ildən Azərbaycanı Avropada təmsil etməyə başladı. (Avstriya, Slovakiya və digər ölkələrdə) Bir neşə dəfə 1-ci yeri, o cümlədən 2 və 3-cü yerləri tutub. Vine çəkməyə 2015-ci ildən başladı. Səbəb - eşitmə və nitq əngəlli şəxslər də bu cür yumoristik videoları anlasın, üzlərində təbəssüm yaransın, həyat eşqi artsın deyə bildirir Mahmud. Və Azərbaycanda bu işi həyata keçirən ilk şəxs oldu. Maraq dairəsi çəkilişlər, futbol və insanların hadisələrə münasibətini müşahidə etməkdir. Sonradan həmin münasibətləri vinelərdə canlandırır. Arzusu isə bu sahədə daha da irəlidə inkişaf etməkdir.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930