dini radikalizm və ekstremizmlə mübarizə

İnsanı cavan saxlayan SİRR və Pilates haqda ilk dəfə oxuyacağınız İNANILMAZ FAKTLAR

İnsanı cavan saxlayan SİRR və Pilates haqda ilk dəfə oxuyacağınız İNANILMAZ FAKTLAR
Neçə yaşında olduğunuzu onurğa sütununun nə dərəcədə elastik olması müəyyən edir.
Siz bilirdiniz ki, Pilates əslində, adam olub? Mən bilmirdim. Bu gün çox populyar olan pilates idman növü yaradıcısının adı ilə bağlıdır.

Publika.az xəbər verir ki, pilatesin əsasını Jozef Pilates qoyub. O, öz fiziki təlim sisteminin ixtiraçılarından biridir. Jozef Pilates hesab edirdi ki, insan 30 yaşında da qocala və yaxud 60 yaşına qədər gənc qala bilər. O, inanırdı ki, onurğa sütunu nə qədər elastikdirsə, insan o qədər gəncdir. Məşqçi deyirdi ki, qocalıq 100 yaşından sonra başlamalıdır.

Y.Pilates uşaqlıqda zəif və cılız olmasına baxmayaraq, öz sistemi sayəsində uzun və sağlam bir həyat yaşayıb.

Yozef Pilates 1883-cü ildə Almaniyada yoxsul yunan və alman ailəsinə anadan olub. Zəif olduğundan uşaqlığı çox ağrılı keçib: raxit və astma, hətta revmatizm. Məktəbdə onu həmişə ələ salır və lağ edirdilər. Doqquz yaşında həmyaşıdlarının təhqirlərinə daha dözə bilməyən oğlan bir gün atasına şikayət edir. Ondan sonra atasının dediyi söz bütün həyatını dəyişir: “Hər kəs öz taleyinin ağasıdır. Sən şikayət etməyə davam edə və yaxud gedib idman edə bilərsən”.

Bir neçə il gərgin məşqlər nəticəsində Jozef idmançıya çevrilir: gimnastika, xizək, boks, üzgüçülük, dalğıc və sair idman növləri ilə maraqlanırdı. O, öz əzələlərini o qədər yaxşı inkişaf etdirmişdi ki, yerli rəssamlar anatomik rəsm üçün poza verməyə naturaçı kimi onu dəvət etməyə başladılar. Artıq o zaman bədənini möhkəmləndirmək üçün öz sistemini qurmağa başlayır. 1912-ci ildə Pilates İngiltərəyə köçür: boksçu kimi rinqlərdə döyüşür, sirk gimnastı kimi fəaliyyət göstərir, hətta Skotland-Yardda özünümüdafiə üzrə məşqçi işləyir.

Daha sonra Birinci Dünya müharibəsi başlayır və onu etnik alman düşərgəsinə göndərirlər. Bununla belə Pilates məşqlərini davam etdirir və öz bədəni üzərində səylə çalışmağa davm edirdi.

Jozef Pilates müharibədən sonra Nyu-Yorka gedir. Həmin dövrdə Amerikada hər cür idman və fitnes mərkəzlərinə yazılmaq dəbdə idi. Jozef risk etməyə qərar verərək bütün sərvətini Nyu-York balet mərkəzinin binasında açdığı idman salonuna yatırır. Onun işi bir anda yüksəlir, balet artistləri, məşhur hollivud aktyorları və idmançılar məşq üçün onun yanına gedirdi.

Bu gün Pilatesin hazırladığı məşqlər yenidən öz populyarlıq dövrünü yaşayır. Pilates məşqləri çox sadə, aydın, eyni zamanda çox effektivdir: düzgün nəfəs texnikası, üstəgəl onurğa və oynaqların ətrafında əzələ karkasını formalaşdıran gimnastikasının tədricən inkişafı. Hər bir hərəkət düzgün və dəqiq şəkildə yerinə yetirildiyi zaman travmalar demək olar ki, aradan qalxır. Pilates məşqləri hər kəs üçün uyğundur: həm yaşlılar, həm də gənclər, həm xəstə, həm də sağlam insanlar üçün. Xüsusilə oturaq və daha çox hərəkətsiz həyat tərzi sürən insanlara faydalıdır. Onu da unutmaq olmaz ki, effektiv nəticə əldə etmək üçün pilateslə mütəmadi olaraq məşğul olmaq lazımdır.

Jozef iddia edirdi ki, onun metodikasına əsasən, 10 məşqdən sonra istənilən şəxs özünü daha yaxşı və gümrah hiss etməyə başlayır. 20 məşqdən sonra daha yaxşı görünməyə başlayır, 30 məşqdən sonra isə bütün bədən yenilənir. Nəzarət altında olan bədənin özünəinamı artır və bundan sonra öz həyatını idarə etməyə başlayır.

“Biz təqaüdə daha tez çıxır və daha gənc yaşlarda ölürük. İnsanın çiçəklənmə dövrü 70-dən sonra başlamalı, qocalıq isə 100 yaşından sonra gəlməlidir", - deyə o, çıxışlarında tez-tez təkrar edirdi.

Jozef Pilates 87 yaşına qədər yaşayıb və ömrünün sonuna qədər həm məşq edib, həm də tələbələrinə dərs verib.

Pilatesin faydaları çoxdur:
Pilates son zamanlar, məşhur olan idman növlərindən biridir. Pilatesin məqsədi qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qisimində möhkəm bir skelet yaratmaqdır.

Bədəndə tarazlıq, güc və elastiklik yaradır.

Duruş pozğunluğuna səbəb ola bilən skelet sistemi problemlərindən qoruyur.

Boyun yırtığında, qolda yaranan keyləşmə və ağrıları azaldır.

Çəki itirməsəniz də, bədəni incəldir.

Əzələləri gücləndirir, bədənin dayanıqlılığını artırır və bel əyriliyinin qarşısını alır.

Bədən duruşunu düzəldir.

Oynaqlarda yaranan problemlərdə ağrıları nəzarət altında saxlayır.

Bel və kürək ağrılarının meydana gəlməsinə mane olur.

Oynaq içi mayeləri tarazlayır.

Bel yırtığında, ayaqda yaranan ağrıları azaldır.

Gün içində etdiyiniz fəaliyyətlərdə, onurğanıza yüklənmədən hərəkət etməyinizi təmin edir.

Skolyoz problemi həll edir.

Gündəlik aktivliyi artırır.

Kompüterdə işləyən zaman yaranan duruş pozğunluğunu aradan qaldırır və bunların səbəb olduğu ağrıları yox edir.

Oxunub: 818
Oxşar xəbərlər
SON XƏBƏRLƏR