dini radikalizm və ekstremizmlə mübarizə

“Quql”da yenilik - Hesablar qorunacaq

“Quql”da yenilik - Hesablar qorunacaq
İki mərhələli avtorizasiya – şəbəkə identifikatorlarının oğurlanması ilə mübarizədə populyar üsuldur, amma fiziki təhlükəsizlik açarı fişinq hücumlarına qarşı mübarizədə ən etibarlı və dayanıqlı metod hesab edilir. Bu metodun yeganə çatışmazlığı onun qiymətinin baha olmasıdır. Lakin “Quql” bu məhdudiyyəti keçmək üsulunu tapıb.

Teleqraf.com xəbər verir ki, internet nəhəngi öz rəsmi bloqunda elan edib ki, “Android 7.0 Nougat” və yuxarı versiyaların idarəetməsi altında işləyən “Android” qurğuları bundan sonra fiziki təhlükəsizlik açarı kimi istifadə oluna bilərlər. İki mərhələli avtorizasiya metodlarından fərqli olaraq hesaba girişi təsdiq etmək üçün smartfon fərdi kompüter və ya noutbukun yaxınlığında olmalıdır.

Yeni müdafiə sxemi “Quql” hesabının köməyi ilə avtorizasiya zamanı “Gmail”, “G Suite”, “Quql Cloud” və başqa xidmətlərdə işləyir. Gələcəkdə dəstəklənən sayt və xidmətlərin siyahısının artırılması gözlənilir.

Oxunub: 721
Oxşar xəbərlər
SON XƏBƏRLƏR