dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan saytlarına edilən fişinq hücumlarının sayı azalıb

Azərbaycan saytlarına edilən fişinq hücumlarının sayı azalıb
Azərbaycanın “.az” domenində qeydiyyatdan keçən saytlardan hər 513-ü nəticə etibarı ilə bir uğurlu fişinq hücuma məruz qalır. ONA-nın xəbərinə görə, bu barədə "Netcraft" analitik şirkəti məlumat yayıb.

Şirkətin mart ayına olan statistik göstəricilərə əsasən, bu rəqəm milli domendə qeydiyyatdan keçən saytların 0,2%-ni təşkil edir ki, bu da fevral ayı ilə müqayisədə 0,1 faiz bəndi azdır.

Qeyd edək ki, bu günə Azərbaycanın “.az” domenində qeydiyyatdan keçən saytların sayı 31 924 ədəd təşkil edir. Müqayisə üçün Ukraynada hər 327, Özbəkistanda – 960, Rusiyada – 486, Qırğızıstanda – 703, Belarusda – 739, Qazaxıstanda – 724, Gürcüstanda – 199, Ermənistanda isə 375 sayta bir uğurlu fişinq hücumu düşür.

Oxunub: 755
Oxşar xəbərlər
SON XƏBƏRLƏR