» » Azərbaycanda keçirilən “Hackathon”nun qalibi 4 min manat qazanacaq

Azərbaycanda keçirilən “Hackathon”nun qalibi 4 min manat qazanacaq

Azərbaycanda keçirilən “Hackathon”nun qalibi 4 min manat qazanacaq

Azərbaycanda keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Hackathon” müsabiqəsi təşkil olunub.

Bu gün Yüksək Texnologiyalar Parkında start verilən müsabiqənin keçirilməsində məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həlləri aşkar etməkdir.

24 saat ərzində davam edəcək müsabiqədə 20-dən çox mütəxəssis, 6 komanda iştirak edir.

Münsiflər iştirakçıları “Unikallıq”, “İnnovativlik”, “Səmərəlilik” və “Təqdimat” meyarları əsasında qiymətləndirəcək.

I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov deyib ki, mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi, potensiallı gənclərin bir mühitdə toplanması və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.

Beynəlxalq Telekommunikasiya İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin bildirib ki, texnologiyalar hər birimizin həyatına nüfuz edib, bu, kifayət qədər müsbət tendensiya olsa da, bizi kibertəhdidlərə qarşı ayıq-sayıq olmağa sövq edir.



“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti” adlı tədbir də keçirilib.

Həmçinin, “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir zamanı qonaqlara kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan “Trend Micro”nun həlləri də nümayiş etdirilib.

Bu həllərin əsas üstünlükləri serverlərin tam qorunması və bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsidir. Təqdim edilən məhsullardan biri də buludda tez və asan – Rezervlənmə xidmətidir. Belə ki, məlumat və bulud infrastrukturunun daimi rezervlənməsi məlumat itkisi baş verən zaman onun tez bir zamanda bərpasını təmin edir və müştəri üçün mühüm olan məlumatın qorunub saxlanılmasını asanlaşdırır.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031