dini radikalizm və ekstremizmlə mübarizə

Alimlər: Beyin insan dərk etməzdən daha öncə qərar qəbul edir

Alimlər: Beyin insan dərk etməzdən daha öncə qərar qəbul edir

İnsan beyni iki alternativ seçimdən biri arasında qəti qərarı insan özü bunu dərk etməzdən öncə verir.

Yeni Cənubi Uels Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində bu qərara gəliblər.

Neyrobioloqlar tomoqraf vasitəsi ilə 14 iştirakçı üzərində eksperiment aparıblar.

İştirakçılar verilən suala iki cavabdan birini 20 saniyə ərzində seçərək, qarşıdakı düyməyə basmalı idilər.

Məlum olub ki, beyin qərar verməzdən 11 saniyə öncə aktivləşib. Başqa sözlə, insan beyni qərar verməkdə insanı qabaqlayıb.

Oxunub: 655
Oxşar xəbərlər
SON XƏBƏRLƏR