» » Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib

Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib

Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Lənkəran rayon ərazisində, “Hirkan milli parkı”na yaxın şəxsi təsərrüfat sahələrində naməlum kəpənəklərin tırtılları aşkar edilib.


Kənd Təsərrüfatı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, aşkar olunan tırtıllar xidmətin Respublika Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında yoxlamadan keçib və onun “Qırmızı kitab”da qeydiyyatda olan nadir Maxaon kəpənəyinin (popilio machaon L.) tırtılları olduğu məlum olub.

Son dərəcə nadir növ olan Maxaon kəpənəyi (popilio machaon L.) Pulcuqluqanadlılar, yaxud Kəpənəklər – (Lepidoptera Yelkənciklər – Papilinoidae) dəstəsinə aiddir.

Bu kəpənəklər daha çox Rusiyanın Volqoqrad əyalətində yayılıb. Meşə və meşə ətrafı ərazilərdə, bataqlıq və çay kənarlarında, becərilməyən və buraxılmış ərazilərdə müşahidə olunur və alaq otları üzərində yaşayıb çoxalırlar.

İl ərzində iki nəsil verir. Birinci nəsil may ayının ortalarından başlayaraq iyun ayının ortalarına qədər, ikinci nəsil isə iyun ayının II yarısından avqust ayının ortalarına qədər davam edir. Quru yamaclarda və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələrdə yaşayan kəpənəklər mayın sonu, iyunun əvvəllərində uçur. Yumurtaqoyma iyunda başlayır, tırtıllar iyulda endemik çətirçiçəklilərə mənsub olan bitkilər üzərində inkişaf edirlər.

Gizli həyat tərzi keçirən kəpənəklər gecələr qidalanır, gündüzlər isə bitkinin uzun silindr şəkilli yarpaqlarının qınlarında gizlənirlər. Əsasən pup halında çimlik ərazilərdə qışlayırlar.

Maxaon kəpənəyi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda “Qırmızı kitab”da qeydiyyatda olduğu üçün, onlara qarşı mübarizə aparmaq qadağandır. Hazırda təbiətdə bu növün 9 ərazidə qorunması tədbirləri aparılır. Bu həşəratlar Cənub-Şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan (tipik formada P.machaon L.), Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi (yarımnöv orientalis Rom.) Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlarda geniş yayılıblar.

Kəpənəyin tırtılları kök, şüyüd, cəfəri, kələm və digər mədəni bostan tərəvəz bitkiləri ilə qidalanırlar.

“Maxaon kəpənəyinin nadir növ olduğunu nəzərə alaraq, həyətyanı sahələrində bu kəpənəyin tırtılları müşahidə edilən vətəndaşlardan xahiş edirik ki, tırtılla tərəfindən vurulan ziyanın qarşısını almaq məqsədilə onları əl ilə ehtiyatla yığaraq sahələrdən kənarda təbiətə buraxsınlar”, - deyə nazirliyin yaydığı məlumatda bildirilir.
Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930