dini radikalizm və ekstremizmlə mübarizə

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar
Qənirə Paşayeva: “İqtisadiyyatda, biznesdə qadınların rolu getdikcə artır”


Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Avstraliyada Cənubi Afrika Respublikasının Turizm nazirinin müavini Elizabet Thabethe, İtaliya rəsmiləri, Avstraliyanın bir sıra iri şirkət xanım rəhbərləri - "Emergent" şirkətinin baş direktoru Holli Ransom, "Capital Chemist Wanniassa" şirkətinin menecer-tərəfdaşı Elise Apolloni və "Pantera Press" şirkətinin təsisçisi və baş direktoru Alison Qrin ilə görüşüb.


Versus.Az-ın məlumatına görə, Q.Paşayeva onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib.



Millət vəkili vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər.



Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışan Q.Paşayeva görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Eyni zamanda, Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı da danışıb və fikir mübadiləsi olub. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib.

Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Q.Paşayeva tədbir iştirakçılarını Azərbaycana dəvət edib.

Oxunub: 838
Oxşar xəbərlər
SON XƏBƏRLƏR