» » Everestə çıxmaq istəyən alpinist 8-ci cəhdində öldü

Everestə çıxmaq istəyən alpinist 8-ci cəhdində öldü

Everestə çıxmaq istəyən alpinist 8-ci cəhdində öldü
Dünyanın ən hündür zirvəsi sayılan Everesti fəth etməyə çalışan yapon alpinist Nobukazu Kuriki 8-ci cəhdində vəfat edib. O, son 9 ildə Everestə əlavə oksigendən istifadə etmədən və hava şəraitini nəzərə almadan çıxmağa dəfələrlə cəhd göstərib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı alpinistin cəsədi 7400 metr hündürlükdə qurduğu çadırda tapılıb.

2012-ci ildə də Kuriki eyni hündürlükdə qeyri-uyğun hava şəraitində bir neçə gün keçirmişdi. Nəticədə isə onun 9 əl barmağını don vurmuş və onlar amputasiya edilmişdi. Bu hadisə də Kurikini qorxutmamış və o, 2015-ci ildə yenidən Everestin zirvəsinə çıxmağa başlamışdı.

O, ölümündən bir gün əvvəl sosial şəbəkədə “Mən ağrını və bu dağa qalxmağın çətinliyini hiss edirəm” yazıb.

Yapon alpinistin cəsədi Nepalın paytaxtına aparılacaq.

Xatırladaq ki, bir neçə həftə əvvəl Everestə qalxmaq istəyən Çin vətəndaşı, bir neçə gün əvvəl isə Makedoniya vətəndaşı dünyasını dəyişib.

Qeyd edək ki, dünyanın ən hündür zirvəsi sayılan Everestin hündürlüyü 8848 metrdir.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031