dini radikalizm və ekstremizmlə mübarizə

Dəhşətli silah haqqında yeni MƏLUMAT

Dəhşətli silah haqqında yeni MƏLUMAT
Rusiya istehsalı olan beşinci nəsil “Xaski” sualtı gəmisinin konseptual planlaşdırılması başa çatıb. Artıq hərbi texnikanın taktik-texniki xarakteristikasının hazırlanması üzərində işlər gedir.

Modern.az saytının Rusiya KİV-nə istinadən məlumatına görə, bu haqda Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Rəhmanov bildirib.

O qeyd edib ki, bir neçə variant təklif edilib, lakin onlardan ən optimalı seçiləcək.

“İndi sualtı gəminin taktik-texniki xarakteristikalarının hazırlanması üzərində iş gedir. Lakin qalan detallar hərbi sirrdir”-deyə A.Rəhmanov söyləyib.

Qeyd edək ki, “Xaski” haqqında açıq mənbələrdə məlumat olduqca azdır.

Məlumatlara görə, “Xaski” hipersəsli “Sirkon” qanadlı raketlərinin daşıyıcısı olacaq.

“Xaski”nin 2018-2025-ci illərdə silahlanmaya daxil ediləcəyi bildirilir.

Oxunub: 790
Oxşar xəbərlər
SON XƏBƏRLƏR