» » Dünya liderlərinin aylıq maaşları nə qədərdir?

Dünya liderlərinin aylıq maaşları nə qədərdir?

Dünya liderlərinin aylıq maaşları nə qədərdir?
Dünya liderlərinin maaşları həmişə sadə vətəndaşların diqqət mərkəzində olub.
Lent.az dünyanın aparıcı ölkə liderlərinin maaşlarını təqdim edir.
Ağ Evdən verilən rəsmi məlumatlara görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donlad Trampın illik maaşı 400 min dollardır. Onun ayda təqribən 33 min dollar aldığı bildirilir. Buna baxmayaraq, Donald Tramp prezident seçildikdən sonra maaşından imtina etdiyini, simvolik olaraq mühasibatlığın maaş cədvəlində ona 1 dollar yazıldığını demişdi.
Rusiya prezidenti Vladimir Putinin illik maaşı isə 156.143 ABŞ dollar həcmindədir. Rəsmi məlumatlara görə, Kreml rəhbərinin aylıq maaşı 13.012 dollardır.
Almaniya kansleri Angela Merkel ildə 239.390,00 ABŞ dollarını bank hesabına köçürür. Onun hər ay qatlayıb mücrüsünə qoyduğu məbləğ isə 19.949,00 dollardır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Mey ildə 181.035,00 dollar maaş alır. Onun aylıq gəliri təqribən 15.086.00 ABŞ dolları həcmindədir.
Çin lideri Xi Jinpinqin illik gəliri digər həmkarlarına baxanda azdır. Rəsmi rəqəmlərə görə, o, ildə 19.811,00 dollar maaş alır. Xi Jinpinqin aylıq gəliri isə 1.651.00 ABŞ dollarıdır.
Kanadanın gənc və yaraşıqlı baş naziri Castin Trudeuya ayrılan maaşın həcmi isə 251.694 dollardır. Trudeu ayda nə az, nə çox, 20,974.00 Amerika dolları ilə sərvətini zənginləşdirməyə çalışır.
Oxşar xəbərlər
AYDIN`ULUSOY-un`Baxış`bucağı
AYDIN`ULUSOY-un`Baxış`bucağı
İnsanlar uzun illər yatacaqlar - Rusiyadan SENSASİYALI ARAŞDIRMA Rusiyalı elm adamları uzunmüddətli planetlərarası uçuşlar Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Türkmənlərin Bakıya axını: hamam dəsmalı satıb dollar aparırlar Son bir neçə aydırtürkmənlərinBakıya axını başlayıb. Читать далее
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
Valideynlər! Bu yazıya DİQQƏT EDİN! Uzun illərdir insanlar üzərində aparılan təcrübələr, vurulan peyvəndlər barədə məqalələr Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Azyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi, dəfələrlə... - Bakı sakininin Suriya DƏHŞƏTİ Bakı sakini Pərvanə Читать далее
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031