» » “WhatsApp” istifadəçilərini izləməyə imkan verən proqram yaradıldı

“WhatsApp” istifadəçilərini izləməyə imkan verən proqram yaradıldı

“WhatsApp” istifadəçilərini izləməyə imkan verən proqram yaradıldı
“App Store” tətbiq mağazasında istənilən “iPhone” sahibinə “WhatsApp” istifadəçilərini izləməyə imkan verən “Chatwatch” tətbiqi peyda olub.

Djb.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Lifehacker” məlumat yayıb.

“Dostlarınızın, qohumlarınızın və tabeliyinizdə olan əməkdaşların fəaliyyətinə nəzarət etmək istəyirsinizsə, “Chatwatch”dan istifadə edin” deyə tətbiqin qısa təsvirində yazılır.

Tərtibatçıların sözlərinə görə, proqamı telefona yazan insanlar, həmsöhbətinin sonuncu dəfə nə vaxt tətbiqə daxil olduğunu öyrənə biləcək; qarşı tərəf statusun əks olunması funksiyasını deaktivləşdirdikdə belə.

Tətbiq eyni zamanda istifadəçinin adətən hansı saatlarda yatdığını, hansı saatlarda yuxudan oyandığını göstərəcək.

“Chatwatch” eyni zamanda, əlaqə siyahısında olan insanların bir-birilə nə zaman danışdıqlarını əks etdirə bilir. Bunun üçün tətbiqin xüsusi alqoritmi bir neçə istifadəçinin şəxsi məlumatlarını tutuşdurur.

Tətbiqin “App Store”da 1,99 dollara satıldığı bildirilir. Ödənişi etdikdən sonra istifadəçi əlaqə siyahısında olan iki istifadəçini bir həftə ərzində təqib edə bilir.

Tərtibatçılar əmin edir ki, əldə olunan bütün gəlirlər, ABŞ prezidenti Donald Trampa qarşı çıxan siyasi qeyri-hökumət təşkilatının maliyyələşməsinə sərf olunacaq.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31