dini radikalizm və ekstremizmlə mübarizə

Kağızdan 20 dəfə ağ olan material kəşf olundu

Kağızdan 20 dəfə ağ olan material kəşf olundu



Britaniya alimləri kağızdan 20 dəfə ağ olan material yaradıblar.

Bu materialın tərkibi Asiyanın cənubi-şərqində rast gəlinən nadir "Cyphochilus” böcəyinin qabığından ibarətdir. Bu həşəratın qabığı maksimal ahəngdar olduğu üçün bütün rəng dalğalarını əks etdirir. Bu da mükəmməl ağ rəngin effektini verir.

Kembric universitetinin mütəxəssislərinin sözlərinə görə, belə effekt qabığın qatlarının mürəkkəb strukturu sayəsində əldə edilir.

Brilyant böcəyi adlandırılan bu həşəratlara təbiətdə az hallarda rast gəlmək mümkündür.

Alınmış material zəhərsiz olduğu üçün insan həyatının müxtəlif sferalarında geniş tətbiq edilə bilər.

Oxunub: 837
Oxşar xəbərlər
SON XƏBƏRLƏR