» » Alimlər xərçəng xəstəliyindən qoruyan ərzaq məhsulunu müəyyən etdilər – Möcüzə yaradan qida

Alimlər xərçəng xəstəliyindən qoruyan ərzaq məhsulunu müəyyən etdilər – Möcüzə yaradan qida

Alimlər xərçəng xəstəliyindən qoruyan ərzaq məhsulunu müəyyən etdilər – Möcüzə yaradan qida



Bütün tədqiqatlar göstərir ki, xərçəng xəstəliyinin başlıca səbəbləri qidalanma rejimi ilə bağlıdır. Bu baxımdan onkoloji xəstəliklərin profilaktikası da düzgün qidalanma ilə mümkündür.
Son tədqiqatlar isə göbələyin xərçəngə qarşı güclü vasitə olduğunu aşkara çıxarıb. Amma söhbət heç də bütün göbələk növlərindən getmir. Əslində göbələyin onkoloji xəstəliklərə qarşı immunitet yaratdığı əvvəldən bəlli idi. Amma son tədqiqatlar nəticəsində xərçəng xəstəliyini önləyən göbələk növü müəyyən edilib. Bu məhsuldan müntəzəm istifadə etmək onkoloji xəstəliklərdən qoruyur. Üstəlik, xərçəng xəstəliyini ilkin mərhələdə dayandıra da bilir.
Mütəxəssislərin həyata keçirdikləri tədqiqatlar zamanı süd vəzisində xərçəng şişi olan qadınların gündəlik qida rasionuna şampinyon göbələyi əlavə edilib. Nəticələrə əsasən, xərçəng hüceyrələrinin artım sürəti əhəmiyyətli dərəcədə zəifləyib.
Alimlər bunu onunla izah ediblər ki, şampinyon göbələyi orqanizmə düşdükdən sonra iltihab yaradan və bununla da onkoloji xəstəliklərə yol açan bakteriya və viruslar üçün müəyyən maneə yaradır. Şamonyon göbələklərinin tərkibində dendrit hüceyrələrin inkişafına müsbət təsir göstərən maddələr var. Bu hüceyrələr xərçəng xəstəliyinə qarşı mübarizə aparan ən güclü hüceyrələr hesab edilir. Bunun nəticəsi olaraq immun sistemini gücləndirən və xərçəng hüceyrələrinin orqanizmi zədələməsinin qarşısını alan T-limfositlərin hasilatı artır.
Tədqiqatçılar bu xəstəlikdən əziyyət çəkən qadınlara tövsiyə edirlər ki, hər gün 100 qram həcmində şampinyon göbələyi yesinlər.
Həmçinin bu qida təkcə süd vəzisi xərçəngindən əziyyət çəkən qadınlara deyil, profilaktika məqsədilə hamıya tövsiyə olunur.

Aydın Ulusoy
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930