dini radikalizm və ekstremizmlə mübarizə

İngiltərədə futbol matçı zamanı stadiona vertolyot enib

İngiltərədə futbol matçı zamanı stadiona vertolyot enib
Futbol üzrə İngiltərə dördüncü divizionunda "Çesterfild" və "Linkoln Siti" matçı zamanı azarkeşlərdən birinə yardım göstərmək üçün həkimləri daşıyan vertolyot stadiona məcburi eniş edib.

“Report” xəbər verir ki, azarkeş oyun zamanı özünü pis hiss etdiyindən, matç 26-cı dəqiqədə dayandırılıb və futbolçular meydandan çıxarılıb.

Matçda 30 dəqiqə fasilə yaranıb.

Təcili yardım vertolyotu "Çesterfild" stadionunun qazonuna enib və həkimlər azarkeşin həyatını xilas edə biliblər.

"The Sun" nəşri yazır ki, azarkeşin vəziyyəti yaxşıdır və onun həyatı üçün heç bir təhlükə yoxdur.

Oxunub: 818
Oxşar xəbərlər
SON XƏBƏRLƏR