» » Reklamlar insanlara itirmək qorxusunu necə AŞILAYIR… - MARAQLI

Reklamlar insanlara itirmək qorxusunu necə AŞILAYIR… - MARAQLI

Reklamlar insanlara itirmək qorxusunu necə AŞILAYIR… - MARAQLI
Əksərən insanların varlığı deyil, yoxluğu qiymətləndirməsini bir sıra atalar sözləri, məsəllər, tanınmış şairlərin misraları da təsdiq edir. Cabir Novruzun “ sağlığında qiymət verin insanlara” misrası təsadüfi deyil ki, dillər əzbərinə çevrilib. İnsanların yoxluğunun daha qiymətli olması, ölümdən sonra daha “əziz” xatırlanmaları birbaşa olaraq şüuraltına təsir edir.

Psixologiya isə yoxluğun qiymətləndirilməsinin əslində insanların itirmə qorxusu olduğunu hesab edir. “İtirmək qorxusu” bütün fobiyalardan “ən kədərlisi” hesab olunur.

Modern.az-a açıqlama verən Psixoloq İbrahim İbrahimovun sözlərinə görə, yoxluğun daha qiymətli olması düşüncəsi insanlarda yanlış inanclar formalaşdırır.
“Formalaşmış bu düşüncə tərzi insanları intihara sövq edir. Belə ki, insan yoxa çıxır ki, o daha dəyərli olsun. Qarşı tərəf isə elə başa düşürki o artıq dəyərli deyil və yaxud da işi düşəndə axtarılır”.

Araşdırmalar göstərir ki, insanlar məhz itirmək qorxusu ilə həyatda qalır. Son dövrlər bunun azaldığını intiharların çoxalması sübut edir. Bunu isə müxtəlif nihilizm kimi cərəyanların vüsət almasında və bununla bağlı maariflənmə işinin zəif olmasında görürlər. Hətta qeyd olunur ki, psixoloqlar bəzi hallarda xəstələri intihardan yayındırmaq üçün onlarda qorxu hissini oyadırlar.

İtirmək qorxusu sevdiyimiz əşyalara, insanlara bağlılıq ilə çox əlaqəli olur. Bir şeyə bağlılığımız yaşam keyfiyyətimizə ciddi təsir göstərə bilər. Bunun əsasında, dünyaya gələn andan etibarən bizə qayğı göstərən, qulluğumuzda duran insanların davranışı çox vacibdir. Əgər valideynlər övladlarına həddindən ziyadə bağlıdırlarsa, onları itirməmək üçün azadlıqlarını əllərindən alır və davamlı olaraq bunu onlara hiss etdirirlərsə, bu o tərbiyədə böyümüş uşaqların da həmin xarakterə sahib olacağını göstərir. Çünki bu bir təlimdir və hər kəs öyrəndiklərindən yana həyatını istiqamətləndirər. Ailəmizdən gördüyümüz o qorxunu biz də həyatımız boyunca tətbiq edər və quracağımız ailədə də davam etdirərik”.

Psixoloqların araşdırmasına əsasən qeyd olunur ki, bir toplum içərisində insanlar sevdikləri şəxslərdən daha tez sevmədikləri şəxslərə baxarlar və onları daha tez görərlər. Çünki insan sevdiklərindən nə isə qazandığı halda, bəyənmədikləri, sevmədikləri şəxsdə mütləq nə isə itiriblər.

Bunun eqo, ümid və ya konkret maddi cism olması fərq etmir. İnsan beynini pislik edən ətraf daha çox məşğul edir, nəinki yaxşılıq. Psixoloqlar itirmə qorxusunu, insanların həyati ehtiyacı hesab edirlər”.
İnsanların itirmə qorxusundan hazırda biznesdə, marketinq, reklam və PR sahəsində də istifadə olunur.

Marketinq üzrə menecer Fərid Hacıyev qeyd edib ki, hələ biznes anlayışının yarandığı ilk vaxtlarda da marketoloqlar insanlara mesajlarını çatdırmaq üçün onların hisslərindən, duyğularından istifadə ediblər.

“Marketinqin hədəfi insanlardır və təbii olaraq, bu insanların insani duyğuları və hissləri var. Marketinq baxımından qorxuları biz iki kateqoriya üzrə analiz edə bilərik: insanların şəxsi qorxuları və bizim brendimizlə (şirkət, məhsul) bağlı olan qorxularımız”.

Reklam kampaniyalarında kampaniyanın bitmə tarixini vermək o deməkdir ki, gecikdiyiniz halda qazandığınız endirimi itirə bilərsiz. Buna görə məhsulla maraqlanan müştərilərə kampaniyanın bitmə tarixi xatırladılmalıdır. Və bu reklam kampaniyaları insanlara keyfiyyət barədə deyil, qaçırdığınız, itirəcəyiniz şeylər barədə məlumat verir. Belə ki, müştəri bir məhsulu ehtiyacı olduğundan deyil, məhz kampaniyanı və endirimi itirməyindən qorxduğu üçün müraciət edir.

Bu birbaşa olaraq bizim ele sevdiklərimizi itirmə qorxumuza bağlıdır. Bir insan beyni onu dərk edə bilmir ki, bir şey ehtiyacımız olanda alınmalıdır. Təsadüfi deyil ki “fürsəti qaçırmayın” şüarından marketinqdə tez-tez istifadə olunur.

Fərid Hacıyev psixologiyadakı FOMA (Fear of missing out) adlı termin barədə bildirib ki, bu, hər hansı bir məsələdən kənarda qalmaq, xəbərsiz qalmaq qorxusu olaraq açıqlanır.

“Bu qorxu marketinqdə kifayət qədər geniş istifadə olunur. Məsələn qarşımıza bir xəbər portalının reklamı çıxır və "Dünyada və ölkəmizdə baş verən ən vacib hadisələrdən xəbərdar olun" deyir, nəticədə (daxilimizdə əgər gündəmdən uzaq qalma qorxusu varsa) biz o reklama klikləyib, saytı açırıq.

Digər məsələ Call To Action (Hərəkətə Çağırış olaraq tərcümə edə bilərik) dediyimiz mesaj növləridir. Hansı ki çox vaxt bu mesajları insanların qorxuları üzərinə qururuq. Bir yuyucu vasitənin "Geyimləriniz hər zaman təbii rəngində qalsın" kimi mesajı bizim beynimizdə sevdiyimiz geyimlərimizin rənginin dəyişə biləcəyi qorxusunu oyadır”.

Psixoloqların əksəriyyəti qeyd edir ki, mövcud olanları itirmədən insanlar daha çox şey arzu etməlidir.
Reklamlar insanlara itirmək qorxusunu necə AŞILAYIR… - MARAQLI

Lakin İ.İbrahimov bunu səhv fikir adlandıraraq qeyd edir ki, bu düşüncə nəticədə ətrafına sadiq qalmayan və gözü doymayan insanlar formalaşdırır.

“Hər kəs köhnəni vaxt itkisi hesab edir. Bu psixologiya ailəyə və şəxsi münasibətlərə də yansıyır. İnsana yüklənilən eqo hissi onun ətrafını görməyinə görməsinə imkan vermir”.

Beləliklə itirmə qorxusu bir yerə qədər bizim üçün önəmli hesab oluna bilər. Çünki itirmək qorxusu olmayan insanlar sevdikləri ilə empati qura bilməzlər və həyatımızı qurmaq üçün önəmli olan ən sadə şeyləri belə önəmsəməzlər. Sahib olduqları şeylərdən asanlıqla imtina edə bilərlər. Bunun tam əksinə itirmə qorxusu həddini keçərsə, həmin insan özünə və ətrafındakılara zərər verə bilər.

Aşırı bu qorxu ilə yaşayan insanlarda ipoxandriya xəstəliyi yaranır ki, bu tam olaraq psixoloji xəstəlikdir. Və həmin şəxslər davamlı olaraq ciddi xəstəlikləri olduqları haqqında düşünür və sağlıqlarını itirəcəklərindən aşırı qorxarlar.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31