» » WhatsApp yeni funksiyaları sınaqdan keçirir

WhatsApp yeni funksiyaları sınaqdan keçirir

WhatsApp yeni funksiyaları sınaqdan keçirir
WhatsApp Android platformalı telefonlara yeni funksiyalar əlavə etməyi planlaşdırır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya ilə əngəllənən WhatsApp istifadəçilərini blokdan çıxarmaq daha da asanlaşacaq.

Kontakt siyahısındakı bloklanan istifadəçinin adının üzərinə klikləyib saxlamaqla “əngəlləməni qaldır” seçimini edib, onunla yenidən əlaqə qurmaq mümkün olacaq.

“Dəvət et” funksiyası

Hazırda İOS platformalı telefonlar tərəfindən dəstəklənən “link ilə dəvət et” funksiyası android platformalı telefonlarda da tətbiq olunacaq. Artıq hər hansısa istifadəçini üzv olduğunuz qrupa əlavə etmək üçün link yollamaqla kifayətlənə bilərsiniz.

Başqa bir funksiya isə administrator parametrləri ilə bağlıdır. Belə ki, WhatsApp qrup administratorları üzvlərə qrup məlumatlarını dəyişmək üçün icazə verə biləcəklər.

Ən maraqlı funksiyalardan biri isə odur ki, WhatsApp vasitəsilə əlaqə yaratmaq üçün əplikeyşn açıq olduqda telefonu bir dəfə “tərpətmək” kifayətdir.

Qeyd edək ki, bu xüsusiyyətlər həm İOS, həm də android platformalı telefonlar tərəfindən dəstəklənəcək.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031