» » “Google” şirkəti ucuz smartfonlar üçün “Android Oreo” sistemini təqdim etdi

“Google” şirkəti ucuz smartfonlar üçün “Android Oreo” sistemini təqdim etdi

“Google” şirkəti ucuz smartfonlar üçün “Android Oreo” sistemini təqdim etdi

"Google" şirkəti bu gün "Google For India 2017" tədbirində ucuz smartfonlar üçün platforma haqda əlavə təfərrüatlar elan edib. Xatırladaq ki, ilk öncə "Android Go" kod adlı platforma "Google I/O 2017" konfransında təqdim edilib. Sözügedən platforma 512 MB-1 QB əməli yaddaşa malik qurğular üçün nəzərdə tutulub.

Djb.az ICTnews-a istinadən xəbər verir ki, indi "Android Oreo" (Go Edition) kimi təqdim edilmiş platforma "Android 8.1 Oreo" versiyasına əsaslanır. Proqramçıların sözlərinə görə, platforma 15% daha yüksək məhsuldarlıq təmin edir. Optimallaşdırma nəticəsində sözügedən sistem ucuz qurğularda sürətli işləyə bilir.

"Google" şirkətinin "Google Go", "Google Maps Go", "Gmail Go", "YouTube Go", "Google Assistant Go", "Files Go" kimi proqramları daha az yaddaş işlədirlər. Bundan başqa, "Google Play Store"nin xüsusi versiyası oxşar tərzdə optimallaşdırılmış proqramları seçib ayıracaq.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031