» » “Apple” qurğularında təhlükəli boşluq aşkarlandı

“Apple” qurğularında təhlükəli boşluq aşkarlandı

“Apple” qurğularında təhlükəli boşluq aşkarlandı

“Apple” qurğularının “macOS High Sierra” əməliyyat sistemində boşluq aşkar edilib. Proqramçı Lemi Orxan Ergin tərəfindən aşkarlanan bu boşluq vasitəsilə parol daxil etmədən super istifadəçi hüquqlarına yiyələnmək mümkündür.

Oxu.AZ İNSİDER-ə istinadən xəbər verir ki, boşluqdan istifadə etmək üçün xüsusi proqram təminatı tələb olunmur. Sadəcə olaraq kompüterdə istifadəçini dəyişmək və yeni avtorizasiya pəncərəsində loqin sətrinə root daxil etmək lazımdır. Parol sətri boş qalmalıdır. Nəticədə super istifadəçi hüquqlarına yiyələnmək olar ki, bu da bütün inzibatçılıq funksiyalarını idarə etməyə, kompüterdəki fayllara baxmağa və onları redaktə etməyə, həmçinin qurğunun parollarını dəyişdirməyə imkan verəcək.

Bu problemin mövcudluğunu etiraf edən “Apple” şirkəti artıq onu aradan qaldıran yeniləmə çıxarıb.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031