» » Termometr-smartfon yaradıldı

Termometr-smartfon yaradıldı

Termometr-smartfon yaradıldı

Cənubi Koreyada dünyada ilk dəfə olaraq termometr-smartfon yaradılıb.

Djb.az Lent.az-a istinadən xəbər verir ki, cihaz i-MEMS mikroelektromexaniki sistemdən ibarətdir. Bu, temperaturun Selsi ilə -40 ilə +200 dərəcə arasında ölçülməsi üçün cihaz yaratmaq üçün bir platformadır.

Yüksək texnoloji cihaz temperaturu 0,5 saniyəyə müəyyən edir. Smartfonun istehsalına 2018-ci ildə başlanacaq. Termometrdən istifadə etmək üçün istifadəçilər üçün xüsusi proqram əlavəsi buraxılıb.

Cihaz bədən temperaturunu ölçməyə imkan verir. Bundan başqa, cihazı ətraf mühitin temperaturunu ölçmək üçün də istifadə etmək mümkündür. Dünyada ilk termometr-smartfonun korpusu kompozisiyalı materialdan hazırlanıb. Bunun sayəsində o, lazımi davamlılığa malikdir.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31