» » “Windows 10” sistemli sonuncu smartfon satışa çıxarılıb

“Windows 10” sistemli sonuncu smartfon satışa çıxarılıb

“Windows 10” sistemli sonuncu smartfon satışa çıxarılıb

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən sonuncu “Wileyfox Pro” smartfonunu satışa çıxarıb.

Djb.az ICTnews-a istinadən xəbər verir ki, bu ilin oktyabrında korporasiyanın rəsmi nümayəndələri “Windows 10” sisteminin inkişafının dayandırılmasını açıqlayaraq onun dünya əməliyyat sistemləri bazarında uğursuzluğa düçar olmasını etiraf ediblər.

Nəticədə o zaman təqdimatı gözlənilən “Wileyfox Pro” smartfonu populyar olmayan əməliyyat sistemli sonuncu qurğu statusunu alıb.

Məlumata görə, “Wileyfox Pro” smartfonunun başlıca xüsusiyyətləri “Qualcomm” şirkətinin dördnüəvli “Snapdragon 210” prosessoru, “LTE Cat.4” yüksəksürətli modemi, 2 giqabaytlıq operativ yaddaş və “HD” formatlı 5 düym diaqonallı ekran hesab olunur. “Adreno 304” qrafik kontrolleri “Microsoft” korporasiyasına eyniadlı istehsalçı tərəfindən təqdim olunub. Qurğunun korpusunun ön və arxa tərəfində müvafiq olaraq 8 və 2 meqapikselli kamera quraşdırılıb.

“Windows 10” sistemli sonuncu smartfonun qiyməti 250 dollar təşkil edir.
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30