» » “Facebook”un messencerində yenilik

“Facebook”un messencerində yenilik

“Facebook”un messencerində yenilik

“Facebook”un messencerində 4K formatlı fotolar göndərmək mümkün olacaq.

Djb.az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkədən bildiriblər ki, yüklənən şəkillər artıq keyfiyyətini itirməyəcək.

“Facebook” üçün şəkillərin miqyası 4096х4096 pikselə çatacaq ki, bu da internet xidmətləri üçün keyfiyyət göstəricisi hesab edilir.

Hər ay sosial şəbəkə istifadəçiləri təxminən 17 milyard foto mübadiləsi həyata keçirir. Bu səbəblə onlar sosial şəbəkə rəhbərliyinə standart messenceri təkmilləşdirmək xahişi ilə müraciət ediblər. Artıq ABŞ, Kanada, Fransa, Avstraliya, Honkonq, Sinqapur, Cənubi Koreya və Yaponiyada yenilik tətbiq olunub. Yaxın həftələrdə 4K yükləmə funksiyası bütün istifadəçilərə əlçatan olacaq.

“Facebook” qeyd edir ki, fotonun böyüklüyü sürətə heç cür təsir etməyəcək və istifadəçilər əvvəl olduğu kimi, yenə də sürətlə fayl mübadiləsi apara biləcəklər.

Xatırladaq ki, bu günlərdə videosüjetlərin təhlili və redaktəsi üçün “Facebook Creator” təqdim edilib.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031