» » Azercell-in prezidenti qızıl medalla təltif olundu

Azercell-in prezidenti qızıl medalla təltif olundu

Azercell-in prezidenti qızıl medalla təltif olundu

Vahid Mürsəliyev “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi mükafatlandırldı
Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev ölkədə fəaliyyət göstərən ən aparıcı şirkətlərdən birində səmərəli rəhbərlik fəaliyyətinin nəticəsi kimi daha bir mükafata layiq görülüb. Şirkət prezidenti “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi qızıl medal və diplomla təltif olunub. Mükafatı Vahid Mürsəliyevə “Avropa Nəşr Mətbuat Evi” –nin rəhbəri, Əlyazmalar İnstitutunun elmi işçisi, Qarabağ Müharibəsi veteranı, jurnalist və yazıçı Şöhrət Səlimbəyli təqdim edib. Ş. Səlimbəyli Azercell-in Azərbaycanın rabitə sektorunun inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətindən söz açıb. Vahid Mürsəliyev də öz növbəsində mükafata layiq görüldüyünə görə, Şöhrət Səlimbəyliyə öz minnətdarlığını bildirib: “Azercell fəaliyyətə başladığı gündən abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyub. Bu 21 il ərzində biz hər zaman müştəri məmnuniyyətini üstün tutduq və bu keyfiyyətimiz bizi Azərbaycan rabitə bazarının lider mobil operatoru etdi. Təqdim etdiyiniz bu mükafatda 4,5 milyonluq abunəçiyə xidmət göstərən bütün Azercell ailəsinin payı var”.
Məlumat üçün bildirək ki, “Avropa Nəşr Mətbuat Evi”nin mükafatçıları sırasında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev; Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadə, “Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədov, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin müdiri, Coğrafiya elmləri üzrə fəlsəfə doktoru Xəyyam Rəhimov, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov və digər tanınmış elm və mədəniyyət xadimləri var.
Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru və Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərən Beynəlxalq Rabitə Akademiyasının akademikdir. O, “Azercell Telekom” MMC-nin prezidenti kimi həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Onların arasında “The Business Year” dərgisindən “İlin şirkət rəhbəri” titulunu da xüsusi vurğulamaq olar.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930