» » “Google Play”də casus proqramı aşkar edilib

“Google Play”də casus proqramı aşkar edilib

“Google Play”də casus proqramı aşkar edilib

“Lookout” şirkətinin mütəxəssisləri “Google Play” mobil proqramlar mağazasında casus proqram aşkar ediblər. Ekspertlərin sözlərinə görə, hakerlər “Android” mobil əməliyyat sistemi istifadəçiləri üzərində nəzarət imkanına malik olmaq üçün bu proqramı “Google Play” mağazasına bilərəkdən yükləyiblər.

Djb.az ICTnews-a istinadən xəbər verir ki, ümumilikdə “SonicSpy” proqram təminatının üç casus versiyası aşkar edilib. “Soniac”, “Troy Chat” və “Hulk Messenger” təhlükəli proqramlar hesab edilib.

“Google” şirkəti artıq “Google Play”dən zərərverici proqram təminatını silib, amma bir çox istifadəçilər bu proqramları yükləyiblər. Lakin sözügedən proqramlar başqa saytlarda əlçatandır.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031