Главная > iqtisadiyyat > Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb

Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb


22-06-2017, 10:28. Разместил: djbaz
Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb
Djb.az "Federal Press" agentliyinə istinadən xəbər verir ki, qeyd edilən marşrut üzrə ilk uçuşu iyunun 21-də "İrAero" aviaşirkəti yerinə yetirib.



Krasnoyarsk şəhərinin "Yemelyanovo" hava limanının mətbuat xidmətindən bildirilib ki, ilk aviareysə sərnişinlər tərəfindən tələbat 100% olub.


Bildirilir ki, bu marşrut üzrə aviareyslər oktyabr ayının 25-dək yerinə yetiriləcək.


"İrAero" Bakıya həftədə iki dəfə - çərşənbə və bazar günləri uçacaq. Krasnoyarskdan saat 18:50-də qalxan "Sukhoi Superjet 100" təyyarəsi Bakıya 20:00-da enib. Əks istiqamətdə uçuş vaxtına gəlincə, Bakıdan 21:30-da qalxan təyyarə Krasnoyarska 04:50-də enəcək.
Вернуться назад