Главная > iqtisadiyyat > Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb30-07-2020, 16:30. Разместил: djbaz |
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 85,7 mln. ABŞ dolları dəyərində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,7% çoxdur. "APA-Economics"in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda deyilir. Məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 70,4 mln. dollar dəyərində qızıl ixrac edib. Qeyd edək ki, ötən il Azərbaycan 172,4 mln. dollar dəyərində qızıl ixrac edib. Bu, 2018-ci ilin göstəricisi ilə müqayisədə 46,1% çoxdur. Вернуться назад |