Главная > iqtisadiyyat > Şərur rayonunda 36 nəfərə işə göndəriş verilib

Şərur rayonunda 36 nəfərə işə göndəriş verilib


25-06-2020, 06:58. Разместил: djbaz

Muxtar respublikanın Şərur rayonunda növbəti əmək yarmarkası təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əmək yarmarkasında rayon Məşğulluq Mərkəzinin direktoru Samir Qasımov çıxış edərək rayonda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin, tikinti-quruculuq tədbirlərinin geniş vüsət almasının, yeni istehsal sahələrinin yaradılmasının əhalinin məşğulluq məsələlərinin həll olunmasına müsbət təsir göstərdiyini bildirib.

Rayon icra hakimiyyəti başçısının müavini Anar Zeynalov qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, əhalinin məşğulluq probleminin həll olunması təmin edilir, bu istiqamətdə işlər davamlı xarakter daşıyır.

Sonra əmək yarmarkasına gələnlər ayrı-ayrı idarə və müəssisələr, özəl qurumlar tərəfindən çıxarılmış yeni iş yerləri ilə tanış olub, ixtisaslarına və istəklərinə uyğun seçim ediblər.

Qeyd edək ki, növbəti əmək yarmarkasında rayonun 11-i dövlət, 29-u özəl olmaqla, ümumilikdə, 40 idarə, müəssisə və təşkilatı tərəfindən vətəndaşlara 278 boş iş yeri təklif olunub, 36 nəfərə işə göndəriş verilib. Həmçinin 14 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyat aparılıb.
Вернуться назад