Главная > iqtisadiyyat > İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib


24-06-2020, 08:54. Разместил: djbaz
İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ay üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi artıq yekunlaşıb. Həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, bundan əvvəl, iyunun 15-dək isə iyun ayının bütün pensiyalarının ödənişi təmin olunub.

Gələn həftə isə bu ay üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.


Вернуться назад