Главная > iqtisadiyyat > AMB sədri: "549 mln. manat məbləğində 48 min kreditin restrukturizasiyası üçün müraciət olunub"
AMB sədri: "549 mln. manat məbləğində 48 min kreditin restrukturizasiyası üçün müraciət olunub"13-05-2020, 12:04. Разместил: djbaz |
“Mayın 7-nə olan məlumata əsasən, 549 mln. manat məbləğində 48 min kredit üzrə restrukturizasiya üçün müraciət olunub”. “APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. “Müraciətlərin də 91%-i biznes, 4%-i ipoteka kreditləri ilə bağlıdır. Bu tarixə müraciətlərin məbləğinin 37%-i üzrə 200 mln. manatdan çox vəsait restrukturizasiya edilib. İstehlak kreditləri üzrə 35 mln. müraciət daxil olub və onların 29%-i icra olunub”, - deyə AMB-nin sədri bildirib. Вернуться назад |