Главная > iqtisadiyyat > HƏRBİ QULLUQÇULARIN ƏRZAQ PULU ARTIMLA VERİLMİR NAZİRLƏR KABİNETİNİN ƏRZAQ PAYI VƏ PUL VƏSAİTİNİN İKİQAT ARTIRILMASI HAQQINDA QƏRARI 6 İLDİR İCRA OLUNMUR

HƏRBİ QULLUQÇULARIN ƏRZAQ PULU ARTIMLA VERİLMİR NAZİRLƏR KABİNETİNİN ƏRZAQ PAYI VƏ PUL VƏSAİTİNİN İKİQAT ARTIRILMASI HAQQINDA QƏRARI 6 İLDİR İCRA OLUNMUR


12-02-2020, 13:55. Разместил: djbaz
HƏRBİ QULLUQÇULARIN ƏRZAQ PULU ARTIMLA VERİLMİR NAZİRLƏR KABİNETİNİN ƏRZAQ PAYI VƏ PUL VƏSAİTİNİN İKİQAT ARTIRILMASI HAQQINDA QƏRARI 6 İLDİR İCRA OLUNMUR

Azərbaycan Respublikası Prezidentininin 31 mart 1992 -ci il tarixli 633 saylı “Hərbi qulluqçuların və xidmətdən buraxılmış şəxslərin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında “ Fərmanının 6-cı bəndinin birinci abzasında Nazirlər Kabinetinə hərbi qulluqçuların ərzaq və əşya əmlakı qarşılığında pul kompensasiyasının ödənilməsi qaydasını və məbləğini müəyyənləşdirmək tapşırılıb. Nazirlər Kabineti (NK) həmin 6-cı bəndin icrasını təmin etmək məqsədi ilə 19 may 1992 tarixli 271 saylı qərarı ilə hərbi qulluqçulara ərzaq payı normasını və müvafiq pul kompensasiyasını müəyyən edib. 2013-cü ilin yanvarına kimi ərzaq payı kompensasiyası 64 manat məbləğində olub. NK-nın 8 yanvar 2013 tarixli 2 saylı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrin, Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında “ qərarı ilə yanvarın 1-dən ərzaq payı norması ikiqat artırılıb, 20 il qabaq qəbul edilən 19.05.1992 tarixli 271 saylı qərarın 1-ci bəndi qüvvədən düşmüş sayılıb . Di gəl, artıq 7 -ci ildir NK-nın Konstitusiyanın 149-cu maddəsinə əsasən məcburi icra edilməli olan qərarı heyvanlara ilişgidə icra olunsa da , hərbi qulluqçulara ilişgidə icra olunmur. Başqa sözlə, ərzaq norması ikiqat artırılsa da, pul vəsaiti buna uyğun olaraq nəinki ikiqat, ümumiyyətlə, artmayıb.

Görəsən, xidməti heyvanların, atların, itlərin yemini artıran hökumət niyə bu heyvanlara xidmət edən hərbi qulluqçuların pulunu artıq norma ilə vermir? 20 il qabaqkı qərarın 1-ci bəndi - əlavələr qüvvədən düşüb, yeni əlavələr qüvvəyə minib. Digər bəndlər axı qüvvədədir. 2-ci bənddə yazılıb ki, zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət hərbi qulluqçularına ərzaq payı əvəzinə (onların arzusu ilə ) pul kompensasiyası ödənilsin. Şəhid hərbi qulluqçu ailələrinin , digər pensiyaçı hərbi qulluqçuların ərzaq payının əvəzinə pul kompensasiyası ilə təmin olunmalarının isə istəkdən -arzudan asılı olmadığı gerçəkdir. Silahlı Qüvvələrin keçmiş hərbi qulluqçularına nəinki ərzaq payı verilir, heç adi sanatoriya-kurort müalicəsindən də imtina edilir.

7 -ci ildir NK-nın qərarının icra olunmaması haqlı sual doğurur. Qərar icra olunmayacaqsa, niyə qəbul olunub? Bu da 11 min manat qanpulu deyil ha, büdcədə “gərginlik yaratsın “ cəmi 64 manat artımdır. ..

Вернуться назад