Главная > iqtisadiyyat > Azərbaycan ötən il kimya sənayesi məhsullarının ixracını kəskin artırıb

Azərbaycan ötən il kimya sənayesi məhsullarının ixracını kəskin artırıb


14-01-2020, 12:13. Разместил: djbaz
Azərbaycan ötən il kimya sənayesi məhsullarının ixracını kəskin artırıb

Azərbaycan ötən il 536 901,95 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri 2018-ci ilin göstəricisi ilə müqayisədə 31,7% artaraq 102 876,38 min ABŞ dollar təşkil edib.

Bundan əlavə, 2019-cu ildə Azərbaycan 179 401,97 min dollar dəyərində 246 442,22 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 51,3% və 54,3% çoxdur.
Вернуться назад