Главная > iqtisadiyyat > Azərbaycan ötən il meyvə-tərəvəz ixracını azaldıb

Azərbaycan ötən il meyvə-tərəvəz ixracını azaldıb


14-01-2020, 12:09. Разместил: djbaz
Azərbaycan ötən il meyvə-tərəvəz ixracını azaldıb

2019-cu ildə Azərbaycan xarici ölkələrə dəyəri 605 815,86 min ABŞ dolları dəyərində 628 509,58 ton meyvə-tərəvəz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ötən il ərzində Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 2018-ci illə müqayisədə 8,2%, həcmi isə 1,2% azalıb.


Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan ixrac olunan meyvə-tərəvəz mallarını əsasən tomat (174,5 min ton), meşə fındığı (22,6 min ton), alma (96,8 min ton) və xurma (146 min ton) təşkil edib.
Вернуться назад