Главная > iqtisadiyyat > Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 8%-ə yaxın artıb
Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 8%-ə yaxın artıb14-01-2020, 12:07. Разместил: djbaz |
2019-cu il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7,7% artaraq 33 302,82 mln. ABŞ dolları təşkil edib. "APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalara görə, 2019-cu ildə Azərbaycan xarici ölkələrə 19 635,58 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 13 667,24 mln. dollar olub. Nəticədə 5 968,34 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 2019-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 25%-dən çox azalıb, ixrac 0,9%, idxal isə 19,2% artıb. Вернуться назад |