Главная > iqtisadiyyat > DGK xətti ilə büdcə daxilolmaları 25% artıb

DGK xətti ilə büdcə daxilolmaları 25% artıb


9-10-2019, 08:53. Разместил: djbaz
DGK xətti ilə büdcə daxilolmaları 25% artıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 250 116,14 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur.

“APA-Economics”in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 20,7% artaraq 798 521,47 min manat olub.

Həmçinin, yanvar-sentyabrda ƏDV üzrə daxilolmalar 24,6% artaraq 2 217 206,45 min manat, aksizlər üzrə 53% artaraq 201 491,38 min manat, yol vergisi üzrə daxilolmalar isə 20% artaraq 32 896,84 min manat təşkil edib.
Вернуться назад