Главная > iqtisadiyyat > Azərbaycana mobil telefonların idxalı 60% artıb
Azərbaycana mobil telefonların idxalı 60% artıb15-08-2019, 11:50. Разместил: djbaz |
Bu ilin yanvar-iyun ayında Azərbaycana 581 046 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib. Komitənin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxalı 60% artıb. Cari ilin ilk 6 ayı ərzində idxal olunan məhsulların dəyəri 68 792,6 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Вернуться назад |