Главная > iqtisadiyyat > Yüksək Texnologiyalar Parkının məhsullarına dövlət sifarişlərinin verilməsi qaydası təsdiqlənib
Yüksək Texnologiyalar Parkının məhsullarına dövlət sifarişlərinin verilməsi qaydası təsdiqlənib13-05-2019, 13:19. Разместил: djbaz |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi qaydası təsdiqlənib. Yüksək Texnologiyalar Parkından ONA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli, 214 nömrəli qərarına əsasən “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının 8.8-ci bəndinin icrasını təmin etmək məqsədilə YTP-də istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası təsdiqlənib. Bu Qayda dövlət qurumları tərəfindən Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi ilə bağlı məsələləri tənzimləyir. Вернуться назад |